"Bavariya" Almaniya Bundesliqasının 28-ci turunda səfərdə Dortmund "Borussiya"sını minimal hesabla məğlub edib – 1:0.
 
Matc.az xəbər verir ki, görüşdə yeganə qolun müəllifi olan Yozua Kimmix yeni rekorda imza atıb.
 
Kimmix, "Borussiya" ilə matçda 13,73 km məsafə qət edib. Bu, "Bavariya"da 2013/14 mövsümündən bu yana Bundesliqada bir matçda qət edilən ən yüksək məsafədi.
 
"Bavariya"da 2013/14 mövsümündən etibarən futbolçuların matç zamanı qət etdiyi məsafələrin statistikası aparılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest