İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Pol Poqbanın qardaşı Florentin Poqbanın yeni komandası müəyyənləşib.
 
Matc.az xəbər verir ki, o, gözlənildiyi kimi Fransanın 2-ci liqa təmsilçisi "Soşo"ya transfer olunub.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı müdafiəçi tibbi müayinələrdən uğurla keçib və 3 illik müqaviləyə imza atıb.
 
Xatırladaq ki, son klubu MLS təmsilçisi "Atlanta Yunated" olan Florentin Poqba, karyerası ərzində "Sedan", "Sent-Etyen", "Gənclərbirliyi" kimi komandalarda da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest