Britaniya Səhiyyə Təşkilatı çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən "Liverpul" – "Atletiko" görüşü barədə araşdırma aparıb. Matc.az xəbər verir ki, qarşılaşmanın 41 nəfərin ölümünə səbəb olduğu iddia edilir.

Məlumata görə, sözügedən görüşü izləmək üçün Liverpul şəhərinə İspaniyadan 3 min azarkeş gəlib. İngiltərədə koronavirusun yayılmasının həmin qarşılaşmadan sonra artdığı bildirilir. Hətta infeksiyadan vəfat edən 41 nəfərin ölüm səbəbi də bu oyunla əlaqləndirilir.

Xatırladaq ki, "Liverpul" – "Atletiko" cavab görüşündən bir gün öncə İspaniyada bütün matçların azarkeşsiz keçirilməsinə qərar verilmişdi.

Qeyd edək ki, "Atletiko" ilk oyunda rəqibini 1:0, cavab qarşılaşmasında isə 3:2 məğlub edərək, ¼ finala vəsiqə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest