Futbol üzrə Ukrayna Premyer Liqasının 24-cü turunun "Karpatı" – "Mariupol" oyunu baş tutmayacaq.
 
Matc.az xəbər verir ki, buna səbəb Lvov klubunun bəzi futbolçu və əməkdaşlarının koronavirusa yoluxmasıdır.
 
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Mayın 31-də keçirilməsi planlaşdırılan oyunun taleyi ilə bağlı tezliklə açıqlama veriləcək.
 
Koronavirus testi müsbət nəticələnən şəxslər karantinə alınıb.
 
Ukrayna Premyer Liqası bu gün bərpa olunacaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest