Almaniyanın "Borussiya" (Münhenqladbax) klubunun futbolçusu Markus Turam ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümünə maraqlı bir üsulla etirazını bildirib.
 
Matc.az xəbər verir ki, fransalı hücumçu Bundesliqanın 29-cu turu çərçivəsində qarşılaşdıqları "Union Berlin"lə ev oyununun (4:1) 41-ci dəqiqəsində özünün ilk qolunu vurduqdan sonra diz çökərək irqçiliyə və polis vəhşiliyinə etirazını nümayiş etdirib.
 
Qeyd edək ki, "Union Berlin"lə görüşdə dubl edən Turam fransalı məşhur futbolçu Lilian Turamın oğludu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest