"Neftçi" futbolçusu Anton Krivotsyukla müqaviləni uzadıb.
 
Matc.az paytaxt təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçinin yeni sözləşməsi 2022-ci il mayın 31-dək nəzərdə tutulub.
 
Qeyd edək ki, millimizin üzvü bu mövsüm 24 oyunda meydana çıxıb və 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest