Görüşdə Aprel döyüşlərinin xalqımızın şanlı tarixi olduğunu vurğulanıb, bütün şəhid övladlarının atalarının igidliklərinə görə qürur duymalı olduqları, Azərbaycan xalqının hər zaman onların qəhrəmanlıqlarını xatırlayacağı bildirilib.

"Sabah" Futbol Klubunun titul sponsoru "Bank Respublika"nın təşəbbüsü, AFFA və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyilə "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə Aprel şəhidlərinin övladları ziyarət edilib.

Matc.az xəbər verir ki, "Sabah" FK-nın və milli komandamızın üzvləri Bəhlul Mustafazadə, Ramil Şeydayev və Ruslan Abışov uşaqlarla görüşərək, onlara "Bank Respublika", "Sabah" FK və AFFA-dan müxtəlif hədiyyələr təqdim edib, xatirə şəkli çəkdiriblər.
 
Keçirilən görüşlərdə bankın nümayənədələri Aprel döyüşlərinin xalqımızın şanlı tarixi olduğunu vurğulayaraq, bütün şəhid övladlarının atalarının igidliklərinə görə qürur duymalı olduqlarını, Azərbaycan xalqının hər zaman onların qəhrəmanlıqlarını xatırlayacağını bildiriblər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest