"Həqiqətən, nə deyəcəyimi bilmirəm. çox ağır məğlubiyyətdi. Bu gün rəqib daha yaxşı oynadı. Onlar yüksək texnikaya malik idilər və qələbə qazandılar". Matç.az  saytının məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Simeon Slavçev deyib.

Avropa Liqasının qrup mərhələsinin V turunda evdə Portuqaliya "Sportinq"inə 1:6 hesabı ilə məğlub ol ağdamlıların oyunçusu qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. 25 yaşlı yarımmüdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- "Sportinq"ə səfərdə 0:2, "Arsenal"a isə 0:3 hesabı ilə məğlub olmuşdunuz, bu gün isə qapınızda 6 top gördünüz. Bu, rəqibin texniki göstəricilərinin olmasına görə idi?
- Bayaq dediyim kimi, buna cavab verməkdə çətinlik çəkirəm. Biz bacardığımız qədər mübarizə apardıq, amma hesab belə oldu.

- Bu gün keçmiş komandanıza qarşı oynadınız. Hansı hissləri keçirdiniz?
- Bu gün köhnə dostlarımdan bir neçəsini gördüm. özüm üçün onları görmək yaxşı oldu. Ancaq komandamızın bu gün, bu hesabla məğlub olması məni çox məyus etdi. Bizim üçün çox pis gün oldu. Növbəti oyunlarda inkişaf etməliyik, oyunun bütün aspektlərində daha yaxşı oynamalıyıq.

- Londonda "Arsenal" ilə görüşə hansı psixologiya ilə gedəcəksiniz? Biz həmin oyunda nəyə ümid etməliyik?
- çalışacağıq ki, həmin matçda daha yaxşı oyun göstərək və azarkeşlərimizi sevindirək.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest