"Neftçi" Braziliya B Seriyasında çıxış edən "Quarani" komandasının futbolçusu Tallison Auqustonu heyətinə qatır. Matc.az "Terra" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi paytaxt klubu ilə 3 illik sözləşmə imzalayacaq.

Bildirilir ki, Auquston ötən gün komanda ilə yollarını ayıran Donald Geryeni əvəzləyəcək. "Quarani"nin icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycan klubuna keçəcəyini təsdiqləyib.

 O, oyunçuya təklif olunan məbləğin hazırkı qazancından çox olduğunu söyləyib.

Qeyd edək ki, Tallison Auqusto ölkəsində "Flamenqo" və "Vitoriya" kimi klubların formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest