Rəqib yaxşı oynadı və oyunu istədiyi kimi idarə edib 6 qol vurdu. Bu məğlubiyyəti qəbul etmək bizim üçün çox çətindir.

"Bütün komanda özünü pis hiss edir. Bu gün bizim günümüz deyildi. Rəqib yaxşı oynadı və oyunu istədiyi kimi idarə edib 6 qol vurdu. Bu məğlubiyyəti qəbul etmək bizim üçün çox çətindir. Amma məğlubiyyəti unudub növbəti oyunları düşünməliyik". Matç.az saytı xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Yakub Jezniçak Bakıda Portuqaliya "Sportinq"inə 1:6 hesabı ilə uduzduqları Avropa Liqasının V tur matçından sonra keçirdiyi brifinqdə deyib.

Polşalı müdafiəçi 5-ci dəqiqədə səbəbkarı olduğu penalti epizodu barədə də danışıb: "Həmin anda mən Bas Dosta azca toxundum. Penalti epizodundan sonra Dostla danışdım, o, mənə toxunuşun olduğunu, amma bunun penalti olmadığını söylədi. Baş hakim isə 11 metrlik nöqtəni göstərdi və hesab erkən açıldı. "Sportinq" oyuna çox sürətli başladı. Onlar bu gün çox yaxşı oyun göstərdilər".

Qeyd edək ki, bu qələbə sayəsində "Sportinq" İngiltərə "Arsenal"ı ilə birgə 1/16 finala yüksəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest