İngiltərənin "Sauthempton" klubu baş məşqçisi Ralf Hasenhüttlün müqaviləsinin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Avstriyalı mütəxəssislə 4 illik yeni sözləşmə imzalanıb.
 
2018-ci ilin dekabrından "Sauthempton"u çalışdıran Ralfın əvvəlki müqaviləsi 2021-ci ilin yayına qədər idi.
 
"Sauthempton" Premyer Liqada 14-cü sıradadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest