"Qrupdakı oyunlar çətin görünürdü. Ona görə yox ki, qrupdakı komandalar güclüdü. Sadəcə, elə rəqiblərlə düşdük ki, uzaq səfərlərə getməli olduq".

"Bizim üçün əla nəticə oldu. Əsas məqsədimiz qrupdan çıxmaq idi". Matç.az saytının məlumatına görə, bunu "Sportinq"in yarımmüdafiəçisi Bruno Fernandes deyib.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın qonağı olan Portuqaliya klubu böyük hesabla (6:1) qalib gələrək, 1/16 final mərhələsinə adlayıb.

Komandasının qollarından ikisinə imza atan Fernandes artıq final barədə düşünməyə başlayıb: "Qrupdakı oyunlar çətin görünürdü. Ona görə yox ki, qrupdakı komandalar güclüdü. Sadəcə, elə rəqiblərlə düşdük ki, uzaq səfərlərə getməli olduq. İstər "Qarabağ", istərsə də "Vorskla" öz meydanında rəqiblərinin işini çətinləşdirə bilir. Düzdü, Ukraynada bu çətinliklərlə qarşılaşdıq. Ancaq Bakıdakı görüşdə çox güclü idik. Komanda ruhunu ortaya qoyduq və mükəmməl oyun nümayiş etdirdik. Bu da bizə müsbət nəticə qazanmağımıza kömək oldu. Artıq növbəti mərhələ barədə düşünə bilərik. Fikrimcə, final yuxu deyil, hədəf olmalıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest