"Sabah" klubu hücumçusu Xulio Rodriqeslə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabından məlumat verilib.
 
Anlaşmaya əsasən paraqvaylı hücumçu daha bir il Bakı təmsilçisinin uğurları üçün çalışacaq. 
 
Qeyd edək ki, 29 yaşlı futbolçu "Sabah"a bu ilin yanvarında transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest