İngiltərənin "Tottenhem" klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.
 
Matc.az xəbər verir ki, artıq London təmsilçisi testlərin nəticəsini də açıqlayıb.
 
Klubun rəsmi saytının yaydığı məlumata görə, komanda üzvlərindən birində virusun simptomları aşkarlanıb. Adı açıqlanmayan şəxs növbəti test mərhələsinədək karantinə alınıb.
 
Bu, Premyer Liqa klubları arasında son analizlərdə yeganə yoluxma faktıdı. Turnirin rəsmi saytının yaydığı məlumata görə, elitanın 20 klubunda bütövlükdə 1197 nəfərdən test götürülüb ki, onların da cəmi biri pozitiv çıxıb.
 
Qeyd edək ki, İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest