"Bavariya"nın hücumçusu Tomas Müller Kristiano Ronaldo ilə Lionel Messinin performanslarını dəyərləndirib. Matc.az xəbər verir ki, almaniyalı oyunçu komanda yoldaşı Robert Levandovskini hamıdan üstün tutub:

"Bəlkə də əvvəllər Messi ilə oynamaq istərdim, çünki karyeramın son illərində daha çox mərkəz hücumçusu kimi çıxış edirəm. İşim topu cərimə meydançasında alıb, qol vurmaqdır. Ronaldo ilə də oynamaq da yaxşı olar. Amma "Bavariya"da Robert Levandovski var. İndi o, Ronaldodan da yaxşı seçimdir. Messi və Kristianoya qarşı oynamışam. Onlara qarşı qalib də gəlmişəm, məğlub da olmuşam. Ancaq hər ikisi də xüsusi futbolçulardır. Hər zaman eyni səviyyədə oynayırlar, ilə 50 qol vurmağı bacarırlar.  Bu, həqiqətən dəlilikdir. Məncə, hər oyunçu öz komandası üçün vacibdir. Elə futbolu da buna görə sevirik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest