Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) koronavirus pandemiyası səbəbindən oyunçu dəyişikliyini 5-ə yüksəltsə də, Azərbaycan kubokunda bu say 6 olacaq. Kubokdakı əvəzləmə limiti 3+1 idisə, bu mövsümün yarımfinal və final qarşılaşmalarında bu, 5+1 olacaq

Azərbaycan kubokunda 6 əvəzləməyə icazə verilib. Matc.az xəbər verir ki, bu, PFL-in bu gün açıqladığı 2019/2020-ci illər mövsümünün Əsasnaməsinə əlavədə qeyd olunub.
 
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) koronavirus pandemiyası səbəbindən oyunçu dəyişikliyini 5-ə yüksəltsə də, Azərbaycan kubokunda bu say 6 olacaq. Kubokdakı əvəzləmə limiti 3+1 idisə, bu mövsümün yarımfinal və final qarşılaşmalarında bu, 5+1 olacaq. Yəni matçlar əlavə vaxta qalarsa, komandalara 6-cı dəyişiklik imkanı veriləcək.
 
İFAB-la Peşəkar Futbol Liqası arasında aparılan danışıqlardan sonra beynəlxalq qurum 90 dəqiqədə 5, əlavə vaxtda isə 1 əvəzləmə edilməsinə razılıq verib. Bu təlimat artıq klublara da göndərilib.
 
Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinalında "Sumqayıt" "Qarabağ"la, "Qəbələ" isə "Zirə" ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest