"Barselona"nın hücumçusu Lionel Messi zədələnib.
 
Matc.az xəbər verir ki, argentinalı futbolçu sağ ayağından kiçik zədə alıb. Bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
 
La Liqanın bərpasından əvvəl futbolçunu riskə atmamaq üçün onun komandanın məşqlərində iştirakına icazə verilməyib. Xüsusi fərdi məşqlər edən hücumçunun yaxın günlərdə komandaya qoşulacağı bildirilir.
 
Koronavirus səbəbiylə dayandırılan La Liqa iyunun 11-də bərpa olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest