İspaniyanın "Real Sosyedad" klubu müdafiəçisi Robin le Normanla müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
23 yaşlı fransalı futbolçu ilə müddəti 2024-cü ilin yayında başa çatacaq yeni müqavilə imzalanıb. Əvvəlki müqavilə 2022-ci ilin yayına qədər idi.
 
Qeyd edək ki, Fransanın "Brest" klubunun yetirməsi olan Robin le Norman 2016-cı ildən "Real Sosyedad"ın uğurları üçün çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest