Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev növbəti mövsüm Premyer Liqada komanda sayı ilə bağlı müzakirəyə münasibət bildirib. Matc.az xəbər verir ki, qrum rəhbəri bu barədə "Xəzər TV"yə danışıb:

"Premyer Liqada növbəti mövsüm 10 komandanın iştirak edəcəyini özümdən çıxarmamışdım. AFFA İcraiyyə Komitəsinin iclasında verilən qərar idi. Dünyada belə bir böhranın baş verəcəyini heç kim bilməzdi. Digər ölkələrdəki kimi, bu durum bizim dövlətimizə, sponsorlarımıza da ziyan vurdu. Elxan Məmmədovun növbəti mövsümü 8 komanda ilə keçirməklə bağlı səsləndirdiyi fikirlər doğrudur. Amma bu o demək deyil ki, qərar 8 komanda olaraq qalacaq. İki ay ərzində hər şey dəyişə bilər. Əvvəlki günümüzə qayıda bilsək, komandaların sayını 10-a yüksəltmək olar. Bəlkə elə sponsorlar çıxıb deyəcəklər ki, komandaya maliyyə ayırırıq. Sadəcə, indiki durum 8 komandalı çempionatdan xəbər verir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest