"Qarabağ" kolumbiyalı stoper Kevin Medinanı heyətinə qatıb. Matc.az "Transfermarkt"a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu növbəti mövsümdən Ağdam təmsilçisində çıxış edəcək.

Müqavilənin detalları barədə məlumat verilməyib. Kolumbiyalı futbolçu ötən mövsüm Portuqaliyanın "çaves" klubunda forma geyinib. O, komandanın heyətində 11 oyun keçirib. Dünyanın ən nüfuzlu idman portalı Medinanın qiymətini 300 min avro olaraq dəyərləndirib.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi daha öncə Portuqaliyanın "Akademiko Vizeu", "Pinhalnovenze", "Sintrenze", "Moura" və "Naval" klublarının formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest