"Bavariya" Almaniya Bundesliqasının 30-cu turu çərçivəsində səfərdə "Bayer"i 4:2 hesabıyla məğlub edib.
 
Matc.az xəbər verir ki, sözügedən qarşılaşma Münhen təmsilçisinin hücumçusu Robert Levandovski üçün əlamətdar olub.
 
Belə ki, matçın 66-cı dəqiqəsində rəqib qapısına yol tapan Polşa yığmasının forvardı bu mövsüm vurduğu qolların sayını 44-ə çatdırmaqla karyerasının yeni rekorduna imza atıb.
 
Xatırladaq ki, 31 yaşlı hücumçunun əvvəlki rekordu 2016/17 mövsümünə təsadüf edir. O, həmin mövsümdə rəqib qapılarına 43 dəfə yol tapmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest