İngiltərə çempionşipində mübarizə aparan klubların kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.
 
Matc.az xəbər verir ki, analizlər nəticəsində daha 2 nəfərin koronavirusa yoluxduğu müəyyənləşib.
 
İngiltərə Futbol Liqasından (EFL) verilən rəsmi açıqlamaya görə, iyunun 3-dən 6-na qədər çempionşipdə çıxış edən 24 klubda bütövlükdə 1197 nəfər testdən keçirilib. Onların arasında 2 ayrı klubdan 1 nəfərdə koronavirus aşkarlanıb. Lakin adlar açıqlanmayıb.
 
Test nəticəsi müsbət çıxan şəxslər karantinə alınıblar və xüsusi nəzarətə götürülüblər.
 
Daha əvvəl çempionşipdə "Hall Siti", "Blekbern" və "Fulhem" klubları onlarda virusa yoluxanların olduğunu açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest