"Napoli" komandanın baş məşqçisi Cennaro Qattuso ilə müqavilə yeniləməyi planlaşdırır. Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, rəhbərlik italiyalı mütəxəssisə 2022-ci ilə qədər yeni bir sözləşmə təklif etməyə hazırlaşır. Müqavilənin şərtlərinə görə, Qattusonun hər il maaşının 1.5 milyon avro artacağı vurğulanıb .

Qeyd edək ki, Qattuso bu il Karlo Ancelottini əvəzləyərək "Napoli"nin baş məşqçi postuna gətirilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest