"Barselona"nın zədəli futbolçusu Lionel Messi sağalıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Bud əzələsindən zədələnən argentinalı hücumçu, bir müddət idi ki, fərdi məşq edirdi. O, bu gündən komandanın məşqlərinə qoşulub.
 
"Barselona" La Liqanın bərpasından sonra ilk oyununu iyunun 13-də, "Malyorka"ya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest