"Mançester Siti" ilə müqaviləsi iyunun sonunda başa çatacaq David Silva karyerasını Qətərdə davam etdirə bilər.
 
Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Əl-Duhayl" 34 yaşlı futbolçunun xidmətində maraqlıdır.
 
Məlumatda, Silvanın 10 illik "Mançester Siti" karyerasından sonra komandadan ayrılaraq, Qətər təmsilçisinə qoşulacağı bildirilir.
 
Silvaya İspaniya və ABŞ-dan da təkliflərin olmasına baxmayaraq, "Əl-Duhayl"ın təklif etdiyi maddi şərtlərin daha sərfəli olduğu vurğulanıb.
 
"Yuventus"un keçmiş futbolçusu Mario Mancukiç də "Əl-Duhayl"ın şərəfini qoruyur.
 
David Silva 2010-cu ildən "Mançester Siti"nin formasını geyinir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest