"Kəpəz"də növbəti ayrılıq baş verib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, I divizion təmsilçisinin icraçı direktoru Elnur Camalxanov istefa verib.

O, bunu həmsədri olduğu Neapol-Bakı Assosiasiyasında iş yükünün çoxluğu ilə əlaqələndirib.

Qeyd edək ki, Elnur Camalxanov ötən ilin noyabrından klubun icraçı direktoru vəzifəsini yerinə yetirirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest