Fransa "Monako"su xorvatyalı qapıçısı Daniel Subaşiçlə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Xorvatiyalı qapıçı knyazlıq təmsilçisi ilə başa çatan müqaviləsini yeniləməməyə qərar verib.
 
Qeyd edək ki, 2012-ci ildən "Monako"da çıxış edən 35 yaşlı qolkiper bu komandanın heyətində 300-ə yaxın oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest