Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Jorj-Kevin Nkudunu zədələnib.
 
Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə 25 yaşlı fransalı oyunçunun sağ budunun yuxarı hissəsində ödem aşkarlandığı diqqətə çatdırılıb. Onun müalicəsinə başlanılıb. Lakin futbolçunun nə vaxt yaşıl meydanlara qayıdacağı bilinmir.
 
Qeyd edək ki, Jorj-Kevin Nkudu 2019-cu ilin avqustundan "Beşiktaş"da çıxış edir. Mart ayında koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Super Liqası iyunun 12-də bərpa olunmalıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest