İngiltərənin "Uotford" klubu qapıçısı Ben Fosterlə müqavilənin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Yeni müqaviləyə əsasən 37 yaşlı qolkiper daha 2 il "Uotford"un uğurları üçün çalışmağa davam edəcək.
 
İngiltərə yığmasının da formasını geyinmiş Ben Foster 2018-ci ildə "Vest Bromviç"dən "Uotford"a transfer olunub. O, bu mövsüm sözügedən komandada 29 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest