Matc.az xəbər verir ki, Bakı klubları bununla koronavirus pandemiyası səbəbindən yaranmış 3 aylıq "fasiləyə son qoyub. Görüş Zirə İdman Kompleksinin meydançasında baş tutub.

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün son 8 turuna hazırlaşan "Zirə" və "Səbail" bu gün yoxlama görüşündə üz-üzə gəlib.
 
Matc.az xəbər verir ki, Bakı klubları bununla koronavirus pandemiyası səbəbindən yaranmış 3 aylıq fasiləyə son qoyublar. Görüş Zirə İdman Kompleksinin meydançasında baş tutub. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
 
Qeyd edək ki, ikinci yoxlama görüşü çərçivəsində iyunun 14-də "Zirə" "Sabah"la, "Səbail" isə "Qarabağ"la qarşılaşmağı planlaşdırır.
 
Yoxlama görüşü
10 iyun
 
Zirə – Səbail 2:2
Qol: Ağabala Ramazanov, 15. Mfo Kqasvane, 69 – Maykl Essyen, 30. Turan Manafov, 49.
Zirə İdman Kompleksinin meydançası.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest