FİFA 2023-cü ildə keçiriləcək qadın futbolçulardan ibarət milli komandalar arasındakı dünya çempionatına ev sahibliyi üçün namizədləri açıqlayıb.
 
Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, mundiala Avstraliya və Yeni Zelandiya birlikdə təşkilatçılıq etmək niyyətindədir.
 
Bunlardan əlavə, Kolumbiya və Yaponiya da yarışı keçirməyə iddialıdır. Ali futbol qurumu Braziliya Futbol Konfederasiyasının dünya çempionatına ev sahibliyi üçün müraciətini geri götürdüyünü təsdiqləyib. 
 
Qeyd edək ki, Dç-2023-ün ev sahibi iyunun 25-də səsvermə yolu ilə bəlli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest