Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
 
"Saarbrüken" doğma meydanda "Bayer"lə qarşılaşıb. Rəqib qapısından 3 cavabsız top keçirən Leverkuzen təmsilçisi ilk finalçı olub.
 
Digər finalçının adına "Bavariya" – "Ayntraxt" matçında aydınlıq gəlib. Bu oyunda da qapılara 3 qol vurulub. Yekunda qələbə qazanan və finala yüksələn "Bavariya" olub.
 
Beləliklə, iyulun 4-də keçiriləcək final görüşündə "Bavariya" ilə "Bayer" üz-üzə gələcək.
 
Almaniya kuboku
Yarımfinal
9 iyun
 
Saarbrüken – Bayer 0:3
Qol: Diabi, 11. Alario, 19. Bellarabi, 58.
 
10 iyun
 
Bavariya – Ayntraxt 2:1
Qol: Perişiç, 14. Levandovski, 74 – Da Kosta, 69.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest