Qan donorluğunda fəal iştirakına görə AFFA Milli Hematologiya və Transfuziologiya Mərkəzi, həmçinin Mərkəzi Qan Bankı tərəfindən təşəkkürnamə ilə təltif edilib. Matc.az xəbər verir ki,  təşəkkürnamə bu gün AFFA-nın baş həkimi Vyaçeslav Xomenkoya təqdim olunub.
 
Qeyd edək ki, mayın 21-də AFFA-nın təşəbbüsü ilə Futbol akademiyasında təşkil olunan qanvermə aksiyasında AFFA-nın, Peşəkar Futbol Liqasının, Premyer Liqa klublarının, futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.
 
İyunun 14-ü bütün dünyada Beynəlxalq Qan Donoru Günü kimi qeyd olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest