Avropa Liqasının qrup mərhələsinin V turunun "Qarabağ" – "Sportinq" oyunu bir sıra uğursuz yubileylərə səbəb olub. Matç.az saytı xəbər verir ki, Portuqaliya klubunun 6:1 hesablı qələbəsi həm məğlubiyyət, həm də buraxılan qol sayında yubileylərlə nəticələnib.

"Qarabağ" avrokuboklarda 40-cı dəfə uduzub. Bu, 103-cü matça təsadüf edib.

Azərbaycan klubları 2009-cu ildən yeni adla keçirilən Avropa Liqasında 70-ci dəfə məğlub olub. 173-cü qarşılaşma yubileylə başa çatıb.

Azərbaycan klubları avrokubokların qrupunda 47-ci oyununu keçirib. Bu matç 30-cu məğlubiyyətlə tarixə düşüb.

"Sportinq"in qolları da əlamətdar olub. İlk qol klublarımızın avrokubokların qrupunda buraxdığı 80-ci top olub. Matçın sonunda bu rəqəm 85-ə çatıb. Buraxılan 4-cü top avrokuboklar tarixində ümumilikdə 480-cı dəfə üzülməyimizi rəsmiləşdrib.

Görüşdə buraxılan 6-cı qol "Qarabağ"ın avrokuboklar tarixində qapısında gördüyü 130-cu qol kimi yadda qalıb. Bu qol həm də Azərbaycan klublarını Avropa Liqasında 180-ci, UEFA kuboku nəzərə alınmaqla isə 330-cu dəfə məyus edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest