"çelsi"nin 72 saat ərzində "Leyptsiq"in hücumçusu Timo Vernerlə rəsmən anlaşacağı gözlənilir. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, London klubu futbolçunu heyətinə qatmaqda israrlıdır.

Məlumata görə, "çelsi" almaniyalı hücumçü üçün 53 milyon funt sterlinq ödəməyə hazırdır. Tərəflər arasında danışıq olduğu və rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi bildirilir.

Xəbərdə transferin gecikməsinə səbəbin koromavirus pandemiyası olduğu vuğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest