Futbol üzrə Ukrayna Premyer Liqasında 26-cı turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Desna" ilə qarşılaşıb. Futbolçumuzun komandası ötən turda Kiyev "Dinamo"su ilə oyunda olduğu kimi, bu görüşdən də 1:5 hesablı məğlubiyyətlə ayrılıb.
 
Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsində də yer almayıb.
 
"Aleksandriya" 26 turdan sonra 43 xalla çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest