Koronavirus pandemiyasına görə martdan dayandırılan Türkiyə Super Liqasında bərpadan sonrakı ilk – 27-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bazar günü daha üç görüş baş tutub. 
 
"Qaziantep" – "Ankaragücü" matçında qalib müəyyənləşməyib. "Gənclərbirliyi" "Konyaspor"u məğlub yola salıb. Səfərdə "Rizəspor"un qonağı olan "Qalatasaray" isə məğlubiyyətlə üzləşib.
 
Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçirilir.
 
Türkiyə Super Liqası
27-ci tur
12 iyun
 
Fənərbaxça – Kayserispor 2:1
Qol: Muriqi, 86-pen. L.Qustavo, 88 – Mensah, 59.
 
Göztəpə – Trabzonspor 1:3
Qol: A.öztürk, 57-pen – Nvakaeme, 16. Ekuban, 52-pen. B.Emir, 84-öz qapısına.
 
13 iyun
 
Başakşəhər – Alanyaspor 2:0
Qol: M.Tekdemir, 64. Vişça, 79-pen.
 
Beşiktaş – Antalyaspor 1:2
Qol: Lyayiç, 68 – S.Gümüş, 15. Amilton, 35.
 
Yeni Malatyaspor – Kasımpaşa 1:2
Qol: Donald, 45+3 – Thiam, 61; 67.
 
14 iyun
 
Gənclərbirliyi – Konyaspor 2:1
Qol: Sio, 60. B.özdemir, 83 – Yevtoviç, 62.
 
Qaziantep – Ankaragücü 1:1
Qol: Maksim, 25-pen – Skarione, 51.
 
Rizəspor – Qalatasaray 2:0
Qol: Şkoda, 42. T.Torun, 53.
 
15 iyun
 
22:00 Sivasspor – Dənizlispor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest