Onun haqda dərc edilən məqalədə 30 yaşlı hücumçunun karyerasının ən yaxşı dönəmini yaşadığı bildirilir. Hücumçunun lüks həyatı və xüsusən də bahalı maşınları mətbuatın diqqətini cəlb edib

çinin "Xançjou Qritaun" klubunda çıxış edən Dino Ndlovu bahalı maşınları ilə diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, "Qarabağ"ın sabiq futbolçusu hazırda ən çox qaznan cənubi afrikalı oyunçulardan biridir.

Onun haqda dərc edilən məqalədə 30 yaşlı hücumçunun karyerasının ən yaxşı dönəmini yaşadığı bildirilir. Hücumçunun lüks həyatı və  xüsusən də bahalı maşınları mətbuatın diqqətini cəlb edib. Məqalədə Ndlovun Azərbaycan və Kiprdə oynadıqdan sonra həyatının dəyişdiyi qeyd edilib.

Cənubi afrikalı oyunçu çində 51 matçda 3 qol vurub və 7 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Dino 2016-17-ci illərdə "Qarabağ"da çıxış edir. O, 2018-də "Xançjou Qritaun" klubuna transfer olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest