"Qarabağ"ın istədiyi qapıçı Gentian Selmani karyerasını Yunanıstanda davam etdirə bilər. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Olimpiakos" qolkiperin xidmətində maraqlıdır.

Türkiyə I liqa təmsilçisi "Menemenspor"da forma geyinən Selmani cari mövsüm göstərdiyi perforsmansla diqqətləri üzərinə çəkməyi bacarıb. Albaniyalı oyunçu ilə "Olimpiakos"la yanaşı, "Spartak" (Moskva), "Boloniya" və "Real Zaraqoza"nın da maraqlandığı bildirilir.

Bir müddət öncə Türkiyə mətbuatı "Qarabağ"ın da Selmanini transfer etmək istəyidini yazmışdı.

Qeyd edək ki, futbolçunun klubu ilə müqaviləsi 2021-ci ildə başa çatır. "Transfermarkt.com" saytında gənc qolkiperin dəyəri 500 min avro olaraq göstərilib.

                                                                                                                                                

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest