"Real" İspaniya La Liqasının 28-ci turunda "Eybar"ı məğlub edib.
 
Matc.az xəbər verir ki, 3:1 hesabıyla bitən görüş Madrid təmsilçisinin futbolçusu Qaret Beyl və baş məşqçi Zinədin Zidan üçün əlamətdar olub.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Eybar"la matç uelsli hücumçu üçün "Real"dakı 250-ci oyun olub. 2013-cü ildən "Real"da çıxış edən Beyl, bu oyunlarda 105 qol vurub və 68 məhsuldar ötürmə edib. "Eybar"la oyundan sonra "Real"ın prezidenti Florentino Peres Beylə 250 nömrəli forma hədiyyə edib.
 
Zidan isə bu oyundakı qalibiyyət sayəsində "Real"la La Liqada ən çox qələbə qazanan ikinci baş məşqçi olub. "Eybar"la matçdakı qələbə fransız mütəxəssisin La Liqadakı 90-cı zəfəri olub. O, bununla da, "Real"ın sabiq baş məşqçisi Leo Benhakkeri geridə qoyub. Benhakker "Real"la La Liqada 89 qələbə qazanmışdı. Zidan bu göstəricidə Migel Munyosdan geri qalır. Munyosun aktivində 257 qələbə var.
 
Zidan "Real"la 200 oyun keçirib və bunların 132-də qələbə qazanıb, 26-da isə məğlub olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest