"Neftçi" rəsmi saytı vasitəsi ilə hücumçusu Baqali Dabo barədə açıqlama yayıb

"Neftçi" rəsmi saytı vasitəsi ilə hücumçusu Baqali Dabo barədə açıqlama yayıb.
 
Matc.az xəbər verir ki, paytaxt təmsilçisinin açıqlamasında bunlar qeyd olunub:
 
"Neftçi" PFK-nın rəhbərliyi futbolçu Baqali Dabonun davranışından xəbərdardır və onun qəbuledilməz davranışına görə müvafiq tədbirlər görəcək. Rəhbərlik futbolçunun klubun imicinə ciddi şəkildə xələl gətirdiyini bilir. Hüquqi çərçivədə addımlar atılacaq və ictimaiyyətə bununla bağlı məlumat veriləcək".
 
Qeyd edək ki, Baqali Dabonun həyat yoldaşı bu gün sosial şəbəkə hesabında futbolçunun "Qarabağ"ın formasını geyindiyini əks etdirən video paylaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest