"Nyukasl" "Latsio"nun hücumçusu Ciro Immobile ilə maraqlanır. Matc.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi növbəti mövsümdən heyəti gücləndirməkdə iddialıdır.

Məlumata görə, klubun Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fonduna məxsus vəliəhd şahzadə Məhəmməd bin Salmana satılmasının ardından "ağ-qaralar"da köklü dəyişiklər olacaq. Britaniya mətbuatı yeni rəhbərliyin "Nyukasl"ı çempionluğa oynaya biləcək bir heyət formalaşdırmaqda israrlı olduğunu bildirir.

Roma təmsilçisi isə İmmobileni satmağa hazırdır. Ancaq rəhbərlik İtaliya millisinin üzvü üçün 135 milyon avro tələb edir.

Qeyd edək ki, 30 yaşlı hücumçunun "Latsio" ilə müqaviləsi  2023-cü ilin yayına qədərdir. O, cari mövsüm A Seriyasında 26 matç keçirib və 27 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest