Türkiyənin "Qalatasaray" klubunun rumıniyalı hücumçusu Florin Andone İstanbul təmsilçisindən ayrılıb.
 
Matc.az xəbər verir ki, 27 yaşlı forvard bu barədə qərarını "İnstagram" hesabında bəyan edib.
 
İstanbul təmsilçisi ilə vidalaşan Andone, "sarı-qırmızılılar"a istədiyi xeyiri verə bilməməsindən təəssüfləndiyini vurğulayıb. O, kluba və azarkeşlərə minnətdarlığını bildirib.
 
Qeyd edək ki, ötən həftə Türkiyə Super Liqasının 27-ci turu çərçivəsində baş tutan "Rizəspor"la səfər oyununda (0:2) dizindən zədə alan Andone üçün cari mövsüm vaxtından əvvəl başa çatıb. "Qalatasaray"ın heyətində 12 oyunda meydana çıxan futbolçu cəmi 2 qol vurub. O, yayda İngiltərənin "Brayton" klubundan 1 illik icarə əsasında Türkiyə nəhənginə keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest