İspaniyanın "Real" klubu müdafiəçisi Xavi Sançeslə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, 23 yaşlı futbolçu karyerasını "Valyadolid"də davam etdirəcək. Bu barədə "kral klubu"nun mətbuat xidməti məlumat yayıb.
 
Transferin dəyəri açıqlanmasa da, İspaniya mətbuatı "Valyadolid"in Sançes üçün "Real"a 3 milyon avro ödədiyini bildirib.
 
İspan futbolçu keçən ilin yayından icarə əsasında "Valyadolid"də çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest