Futbol üzrə Almaniya Bundesliqasında 32-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. 
 
Münhenqladbax "Borussiya"sı "Volfsburq"u darmadağınla yola salıb. 
 
"Verder" isə "Bavariya"nı qəbul edib. Münhen klubu bu oyunda minimal hesabla qələbə qazanmaqla ardıcıl 8-ci, bütövlükdə isə 30-cu çempionluğunu rəsmiləşdirib.
 
Almaniya Bundesliqası
32-ci tur
16 iyun
 
Borussiya (Münhenqladbax) – Volfsburq 3:0
Qol: Hofmann, 11; 30. Ştindl, 65.
 
Frayburq – Herta 2:1
Qol: Qrifo, 61. Petersen, 71 – İbişeviç, 66-pen.
 
Yunion – Paderborn 1:0
Qol: Zolinski, 27-öz qapısına.
 
Verder – Bavariya 0:1
Qol: Levandovski, 43.
 
17 iyun
 
20:30 Ayntraxt – Şalke
22:30 Auqsburq – Hoffenhaym
22:30 Bayer – Köln
22:30 Borussiya (Dortmund) – Maynts
22:30 Leyptsiq – Fortuna

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest