"Real" "Bayer"in yarımmüdafiəçisi Kay Havertsi heyətinə qatmaq niyyətindədir. Matc.az xəbər verir ki, "kral klubu" oyunçu üçün qarşı tərəfə təklif də göndərib.

Məlumata görə, Bundesliqa təmsilçisi Madrid təmsilçisinin təklifini geri çevirib. "Bayer" 21 yaşlı futbolçunu heyətdə saxlamaq niyyətindədir. Bununla yanaşı, rəhbərik oyunçunu 100 milyon avro qarşılığında sata bilər. Ancaq "Real"ın təklifinin bu rəqəmin xeyli aşağısında olduğu bildirilir.

Havertslə daha öncə "Liverpul" və "Bavariya"nın da maraqlandığı iddia edilirdi.

Qeyd edək ki, Kay cari mövsüm "Bayer"in heyətində 39 matç keçirib və 15 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest