çempionlar Liqasının "səkkizlər finalı"nın püşkatma tarixi müəyyənləşib. Matc.az Fransanın "Ekip" nəşrinə istinadən xəbər verir ki, UEFA iyulun 10-da püşkatma keçirəcək.
 
Koronavirus pandemiyası üzündən yarımçıq qalan mövsümün qalan hissəsi mini turnir formatında keçiriləcək. Avqustun 12-23-də baş tutacaq qarşılaşmalar Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunacaq.
 
Burada 1/4, 1/2 final və həlledici qarşılaşma keçiriləcək. 1/8 finalın qalan görüşləri isə yenidən təşkil edilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest