"Barselona" Lionel Messi ilə müqaviləni uzatmaq niyyətindədir. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, rəhbərlik argentinalı futbolçuya 1+1 müddətində yeni sözləşmə təklif edəcək.

Yeni müqavilə 2023-cü ilin yayına qədər qüvvədə olacaq. Ancaq Messi hər mövsüm sonu ayrılmaq istədikdə getməsinə icazə veriləcək. 32 yaşlı oyunçunun hazırkı sözləşməsi gələn yay başa çatır.

Qeyd edək ki, Messi carı mövsümdə "Barselona"da 33 matç keçirib və 26 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest