İngiltərə çempionşipində mübarizə aparan klubların kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.
 
Matc.az xəbər verir ki, analizlər nəticəsində daha 8 nəfərin koronavirusa yoluxduğu müəyyənləşib.
 
İngiltərə Futbol Liqasından (EFL) verilən rəsmi açıqlamaya görə, çempionşipdə çıxış edən 24 klubda bütövlükdə 2213 nəfər testdən keçirilib. Onların arasında 8 nəfərin testinin nəticəsi müsbət çıxıb. Lakin adlar açıqlanmayıb.
 
Test nəticəsi müsbət çıxan şəxslər karantinə alınıblar və xüsusi nəzarətə götürülüblər.
 
Qeyd edək ki, çempionşipdə mövsüm iyunun 20-də bərpa olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest