Futbol üzrə Türkiyə kubokunun yarımfinal mərhələsi çərçivəsində səfərdə "Fənərbaxça" ilə qarşılaşan "Trabzonspor" 3:1 hesablı qələbə sayəsində adını finala yazdırdı.
 
Matc.az xəbər verir ki, öz meydanında da bu rəqibini 2:1 hesabıyla üstələyən Trabzon təmsilçisi İstanbul təmsilçisi ilə oyunlarda uzun illərdi davam edən sindroma son qoyub.
 
Belə ki, "Trabzonspor" 23 ildən sonra "Fənərbaxça"nı səfərdə məğlub etməyi bacarıb. Qaradəniz təmsilçisi buna qədər İstanbulda baş tutan 27 səfər oyununda qələbəyə həsrət qalmışdı. Sözügedən komanda sonuncu dəfə 1997-ci ilin 23 avqustunda "Fənərbaxça"nı səfərdə məğlub edə bilmişdi (3:1).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest